Modern.az

Məşqçinin qızı özünü 23-cü mərtəbədən atdı

Məşqçinin qızı özünü 23-cü mərtəbədən atdı

Aktual

9 Dekabr 2016, 13:59

Moskvada OMİK futbol klubunun məşqçisinin 20 yaşlı qızı faciəli şəkildə ölüb.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, qız paytaxtın şimalında 23-cü mərtəbədəki evin pəncərəsindən düşüb.

 

Bəzi məlumatlara görə, 20 yaşlı Alyona Aksenova həyatına qəsd edib.

Qızın atası, ordu klubunun məşqçilər qərargahınıb üzvü İqor Aksenov  faciə barədə Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda Londonda “Tottenhem”lə oyundan sonra xəbər tutub.

 

Bu haqda ona həyat yoldaşı sms-lə məlumat verib.

Qızın anası faciədən sonra əsəb sistemində yaranan problemə görə xəstəxanaya düşüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu