Modern.az

Azərbaycanda yeni maliyyələşmə mexanizmləri – “Mələk investorlar”

 Azərbaycanda yeni maliyyələşmə mexanizmləri – “Mələk investorlar”

İqtisadiyyat

22 Dekabr 2016, 09:33

2017-2020-ci illərdə Azərbaycanda yeni maliyyələşmə mexanizmləri tətbiq ediləcək.

Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, beynəlxalq təcrübədə tətbiq olunan, Azərbaycanda isə hələ geniş yayılmamış yeni maliyyələşmə mexanizmlərinin, o cümlədən startapların, vençur fondların, “mələk investorlar”ın (“angel investor”), etimad fondlarının (“trust fund”) innovasiya yönümlü maşınqayırmada tətbiqi istiqamətində təkliflər hazırlanacaq.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir