Modern.az

Məmurların pensiya yaşı artırıldı  

Məmurların pensiya yaşı artırıldı   

Aktual

1 Yanvar 2017, 12:32

Yanvarın 1-dən Rusiyada dövlət qulluqçularının pensiyaya çıxmaq yaşının artırılmasını nəzərdə tutan "Sığorta pensiyaları haqqında" qanun fəaliyyətə başlayıb.

 

Modern.az Rusiya mediasına istinadən bildirir ki, qanunda Rusiya Federasiyasında və onun subyektlərində dövlət vəzifəsi tutan şəxslər üçün pensiya yaşı artırılıb.

 

Bu artım mərhələli, ildə 6 ay olacaq. Ölkədə kişilər üçün pensiya yaşının 65-ə, qadınlar üçün 63-ə qaldırılması nəzərdə tutulur.

 

Bundan əlavə, dövlət qulluqçularına təqaüdə çıxmağa ixtiyar verən dövlət qulluğu stajının müddəti 15 ildən 20 ilə qədər artırılır. Bu müddət də ildə 6 ay artacaq.

 

Qanun layihəsi may ayında Dövlət Dumasında qəbul olunub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək