Modern.az

Lavrovla Çavuşoğlu telefon müzakirəsi aparıb

Lavrovla Çavuşoğlu telefon müzakirəsi aparıb

Dünya

11 Yanvar 2017, 00:30

Rusiya və Türkiyə xarici işlər naziləri arasında növbəti dəfə telefon danışığı olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Sergey Lavrovla Mövlud Çavuşoğlu Suriyaya dair Astanada keçiriləcək görüş barəsində fikir mübadiləsi aparıblar.

Həmçinin, nazirlər  ötən il dekabrın 29-da Suriya hökuməti və müxalifət arasında bağlanmış atəşkəs müqaviləsini, həmçinin iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok