Modern.az

Kiprlə bağlı danışıqlarda razılıq əldə olunub

Kiprlə bağlı danışıqlarda razılıq əldə olunub

Dünya

11 Yanvar 2017, 20:14

Cenevrədə Kiprlə bağlı aparılan danışıqlarda bir sıra məsələlərlə bağlı razılıq əldə olunub. Modern.az saytı Türkiyə meiasına istinadən xəbər verir ki, belə bir açıqlama ilə BMT-nin Kipr üzrə xüsusi müşaviri Bart Eyde məlumat verib.

Məlumata görə, bugünkü danışıqlarda Kipr icmasının rəhbəri BMT-yə yol xəritəsi təqdim edib. Amma sənədin detalları ictimaiyyətə açıqlanmır.

 

BMT rəsmisinin sözlərinə görə, bu konfransı tarixi hadisə hesab oluna bilər: “Danışıqlar sabah Türkiyə, Yunanıstan və Böyük Britaniya xarici işlər nazirlərinin iştirakı ilə davam etdiriləcək”.

Qeyd edək ki, Kiprlə bağlı danışıqlar 2015-ci ildə yenilənib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok