Modern.az

Sumqayıtda 40 taksi sürücüsü cərimələnib - VİDEO

Sumqayıtda 40 taksi sürücüsü cərimələnib - VİDEO

Aktual

4 Fevral 2017, 22:37

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları şəhər ərazisində qanunsuz fəaliyyət göstərən qaydalara əməl etməyən taksi sürücülərinə qarşı reyd keçiriblər. Modern.az saytı xəbər verir ki, “ARB TV”nin məlumatına görə, reyd zamanı polisin saxla əmrinə tabe olmayan sürücülər də olub. Bundan başqa nəzərdə tutulmayan yerdərdə avtomobillərini saxlayan, sənədsiz maşın idarə edən, fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan, hətta polisin iradları ilə razılaşmıyan sürücülərə rast gəlinib.

Ümumilikdə 40-a yaxın sürücü barəsində protokol tərtib edilib. Bu kimi reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir