Modern.az

İlham Əliyev Fransada bir sıra görüşlər keçirib

İlham Əliyev Fransada bir sıra görüşlər keçirib

Aktual

13 Mart 2017, 12:02

Fransada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşüb.

Prezidenti İlham Əliyev Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə də görüşüb.


İlham Əliyevin martın 13-də Parisdə “SUEZ” qrupun baş direktorunun müavini, eyni zamanda, MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə “SUEZ” qrup arasında müəyyən sahələrdə əməkdaşlığın həyata keçirildiyi, bir sıra layihələr üzərində iş getdiyi bildirilib. Bakının yağış sularından təmizlənməsi və digər layihələrlə bağı məsələlər müzakirə olunub, bu işlərin davam etdirilməsinin məqsədəuyğunluğu bildirilib.

Fransa Respublikasında rəsmi səfərdə olan Prezidenti İlham Əliyev martın 13-də “Vivaction” şirkətinin prezidenti Rişar Mari ilə də görüşüb.

Görüşdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir