Modern.az

3 min xəstə növbə gözləyir – Parlamentdə məsələ qaldırıldı

3 min xəstə növbə gözləyir – Parlamentdə məsələ qaldırıldı

Aktual

30 Mart 2017, 16:03

“Hal-hazırda gözün buynuz qişasının transplantasiyası üçün 3000-ə yaxın xəstə növbədədir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.

E.Qasımov bildirib ki, Azərbaycanda bəzi klinikalar gözün buynuz qişasının ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı yeni imkandan istifadə edə bilərlər.

“Mən təklif edirəm ki, gözün buynuz qişanın xarici ölkədə kurs keçmiş 5 həkimin adına ölkəyə gətirilsin”/ Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, transplantın ölkəyə gətirilməsi pərəkandə şəkildə həyata keçirilə bilməz.

“Mən bu monopoliyanın da tərəfdarı deyiləm. Özəl klinikalarda belə mütxəəssislər varsa, gələcəkdə onlara belə əməliyyatlar etməyə icazə verilə bilər. Məncə, bu məsələ tənzimlənəcək”

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok