Modern.az

ADP sədri: “İqbal Ağazadə həqiqətən parlamentin yeganə müxalifətçi deputatıdır”

ADP sədri: “İqbal Ağazadə həqiqətən parlamentin yeganə müxalifətçi deputatıdır”

12 Aprel 2011, 16:43

“İqbal Ağazadə həqiqətən parlamentin müxalifətçi olan yeganə deputatıdır”.
Bu sözləri Modern.az-a açıqlamasında “Qarabağ” blokunun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ABŞ Dövlət Departamentinin hesabatında bununla bağlı yer almış fikirləri şərh edərkən bildirib. ADP sədri bildirib ki, İqbal Ağazdə “Qarabağ” blokunun namizədi kimi Milli Məclisə seçilib və deputatın fəaliyyəti həm də blokun fəaliyyətini ehtiva edir.
“Qarabağ bloku müxalifətçi qurumdur. Digər tərəfdən ABŞ-ın münasibəti bizim üçün o qədər də önəmli deyil”-deyə S.Cəlaloğlu vurğulayıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir