Modern.az

Tramp Papaya söz verdi

Tramp Papaya söz verdi

Aktual

24 May 2017, 16:31

ABŞ prezidenti Donald Tramp Roma papası I Fransisk ilə görüşüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Papanın ona dediyi sözləri unutmayacağını deyib.

“O qeyri-adidir. Fantastik görüşümüz oldu. İtaliya bizə çox-çox xoşdur və Papanın yanında olmaq böyük şərəfdir”.

 

Görüşün detalları açıqlanmasa da, tərəflərin siyasi və dinlərarası danışıqlar apardığı bildirilib.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir