Modern.az

Ərdoğan alman deputatlara şərt qoydu

Ərdoğan alman deputatlara şərt qoydu

Aktual

27 May 2017, 17:29

Türkiyə və Almaniya xarici işlər nazirləri almaniyalı millət vəkillərinin İncirlik bazasına giriş məsələsini müzakirə edəcək. Bunu NATO sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

R.T.Ərdoğan vurğulayıb ki, onların arasında Türkiyədə terrorçuluğu dəstəkləyənlər olmamalıdır:

 

"Terroru dəstəkləyən millət vəkilləri yaxşı qarşılanmayacaq. Bununla bağlı, nazirlər danışıqlar aparacaq və lazımi qərar qəbul olunacaq”.

 

Bir müddət əvvəl Türkiyə hökuməti almaniyalı bir qrup deputatın İncirlik bazasına səfərinin qəbuledilməz olduğunu bildirmişdi.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi