Modern.az

Körfəz ölkələri Qətərə şərt kəsdi

Körfəz ölkələri Qətərə şərt kəsdi

Aktual

22 İyun 2017, 16:30

Qətər Liviya və Suriyada terrorçuları dəstəkləməkdən imtina etməli və Dohada cinayətkarları gizlətməyi dayandırmalıdır.

 

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş bəyan edib.

 

Onun sözlərinə görə, Qətər qonşuları ilə münasibətləri bərpa etmək istəyirsə, axtarış siyahısında olan 59 nəfəri ölkədən deportasiya olunmalıdır. Həmin şəxslərin 14-cü ABŞ, 9-u BMT və 5-i Avropa Birliyinin axtarış siyahısında olduğu da nazir tərəfindən vurğulanıb.

 

Bundan başqa, “Əl-Cəzirə “ telekanalının “Müsəlman qardaşları” təşkilatının əsas yayım ruporu olduğunu deyən Qarqaş Bəheryn və Misirin bu hadisələrdə ciddi zərər çəkdiyini əlavə edib.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir