Modern.az

Bakıda avtoyuma məntəqəsinin işçisi yuduğu maşını qaçırdı, adam vurdu  

Bakıda avtoyuma məntəqəsinin işçisi yuduğu maşını qaçırdı, adam vurdu   

Aktual

4 İyul 2017, 13:23

İyulun 3-də Nərimanov rayonunun N.Yusifbəyli küçəsindəki avtoyuma məntəqəsində, orada işləyən Valeh adlı şəxs Bakı şəhər sakini Seymur Nəcəfova məxsus "VAZ-2106" markalı avtomobili qaçırıb/

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, o, oğurladığı avtomobili F.X.Xoyski küçəsində idarə edərkən paytaxt sakini Vahid Əhmədovu vurub avtomobildə hadisə yerini tərk edib. V.Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Valeh Rəhmanov tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir