Modern.az

Livanda ölən idmançının cənazəsi Naxçıvana gətirildi

Livanda ölən idmançının cənazəsi Naxçıvana gətirildi

Aktual

8 Sentyabr 2017, 20:16

Azərbaycan vətəndaşı Xəzər İntiqam oğlu Əliyevin cənazəsi sentyabrın 8-də "Türk Hava Yolları"nın Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Məlahət Həsənova müşayiət edir.

Qeyd edək ki, azərbaycanlı idmançı avqustun 28-də Livanın paytaxtı Beyrutda yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı