Modern.az

Qaz və işığı özbaşına kəsən müfəttişlərin özləri cərimələnəcəklər

Qaz və işığı özbaşına kəsən müfəttişlərin özləri cərimələnəcəklər

Parlament

31 May 2011, 12:31

Milli Məclis bu günkü iclasında “İnzibati Xətalar” Məcəlləsinə təklif edilən dəyişikliyi qəbul edib. Modern.az bildirir ki, dəyişikliklər barədə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Məcəlləyə edilən dəyişiklikdən sonra müvafiq yazılı xəbərdarlıq edilmədən əhalinin qaz, işıq və istilik sistemlərini kəsmək qadağan edilir.

“Qaz, elektrik üzrə müfəttişlər bəzən heç bir xəbərdarlıq etmədən vətəndaşların qazını və işğını kəsirlər. Bundan sonra belə addım atan müfəttişlər özləri cərimələnəcəklər. Yalnız yazılı xəbərdarlıqdan sonra işıq və qaza müdaxilə etmək olacaq”-deyə Ə.Hüseynli vurğulayıb. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok