Modern.az

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub  

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub   

14 Sentyabr 2017, 12:07

Sentyabrın 13-də Astara şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn naməlum şəxs orada işləyən Artupa kənd sakini Çingiz İsmayılovu bıçaqla hədələyib pul verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ərçivan qəsəbə sakini Pərvaz Əliyev tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok