"Azərsu" ASC-nin abonentlərinə xəbərdarlıq edib.
Modern.az qurumun mətbuat xidmətinə isitnadən xəbər verir ki, Binəqədi rayonu Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.