Modern.az

Gəncədə avtoritetlər arasında ATIŞMA: yaralı var

Gəncədə avtoritetlər arasında ATIŞMA: yaralı var

Aktual

26 Oktyabr 2017, 11:15

Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub.

 

“Report”un xəbərinə görə, hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib.

 

Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb.

 

 Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.

 

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır