Modern.az

Türkiyədə terror planlaşdıran İŞİD üzvləri yaxalanıb

Türkiyədə terror planlaşdıran İŞİD üzvləri yaxalanıb

Dünya

28 Oktyabr 2017, 19:51

Türkiyə ərazisində İŞİD üzvləri saxlanılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan 4 nəfər İstanbulun Bayrampaşa rayonu ərazisindəki ticarət mərkəzində partlayış törətmək istədikləri güman olunan İŞİD üzvləri olub. Belə ki, İstanbul polisi şübhəli şəxsləri xeyli müddət izləyib. İŞİD-çilər bu gün avtomobili ticarət mərkəzinin açıq park yerində saxlayıb oradan uzaqlaşmaq istəyərkən saxlanılıblar. Faktlar bağlı araşdırmalar aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok