Modern.az

Əfqanıstanda partlayış: 15 ölü

Əfqanıstanda partlayış: 15 ölü

Dünya

2 Noyabr 2017, 00:42

Əfqanıstanda partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Çarikar şəhərində baş verib. Yanacaq tankerində törədilmiş partlayış zamanı 15 nəfər həlak olub. Partlayış zamanı daha 27 nəfər xəsarət alıb.

Təhlükəsizlik xidməti əməkdaşının sözlərinə görə, bomba iki tankerdə partladılıb. Partlayış nəticəsində içində sərnişinlərin olduğu avtobus yanıb. Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok