Modern.az xəbər verir ki, İctimai Palatanın (İP) iyunun 27-də keçirilən sessiyasında qurumun Koordinasiya Şurasının üzvü Pənah Hüseyn şuranın tərkibinin genişləndirilməsi təklifini irəli sürüb. Sonra isə o, Koordinasiya Şurasının üzvlüyündən istefa verdiyini bildirib.
İP-in sessiyasında çıxış "Demokrat" qəzetinin baş redaktoru Mustafa Hacıbəyli təklif edib ki, iyulun 17-nə mitinq təyin edilsin. Bu təklifi dəstəkləyənlər olsa da, İP-nin Koordinasiya Şurasının yekun qərarı mənfi olub. Qərara alınıb ki, mitinqin vaxtının müzakirəsi növbəti sessiyaya qədər təxirə salınsın.