Modern.az

Rumıniya Kralı Birinci Mihai vəfat edib

Rumıniya Kralı Birinci Mihai vəfat edib

Dünya

5 Dekabr 2017, 16:43

Rumıniyanın Kral evinin məlumatına əsasən, Kral Birinci Mihai 96 yaşından vəfat edib.

Modern.az Azərtac-a istinadən xəbər verir ki, 1921-ci il oktyabrın 21-də anadan olan Birinci Mihai Rumıniyanın son monarxı idi. O, İkinci Dünya müharibəsinin tezliklə bitməsinə töhfəsi və yüzlərlə adamı xilas etməsi ilə yadda qalıb.

Ölkənin Hitlerdən dönüb Sovet İttifaqı ilə əməkdaşlıq etməsi, nasist Almaniyasına qarşı müharibə, Rumıniyaya dəstək olub ölkəsinin gələcək tarixini müəyyən etsə də, onun özü üçün bu qərar acınacaqlı oldu. Kral kommunistlərin gəlişi ilə ölkəni tərk etdi və uzun müddət xaricdə yaşadı. 1990-cı illərdə geri qayıdan Birinci Mihai, yalnız 1997-ci ildə Rumıniyanın Prezidenti Emil Konstantinesku seçildikdə rumın vətəndaşlığını geri ala bilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək