Modern.az

Türkiyə Afrin bölgəsində strateji yüksəkliyini ələ keçirdi

Türkiyə Afrin bölgəsində strateji yüksəkliyini ələ keçirdi

Dünya

22 Yanvar 2018, 20:43

Türkiyə ordusu Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində Burseya strateji yüksəkliyini ələ keçirib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 2 terrorçu əsir götürülüb.

 

Burseya dağından PYD/YPG silahlıları Türkiyənin Kilis şəhərini atəşə tuturdular.

 

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Ötən gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir