Modern.az

Metrobus qəzasında 22 nəfər yaralandı

Metrobus qəzasında 22 nəfər yaralandı

Dünya

5 Fevral 2018, 00:28

İstanbulda metrobus qəzası olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Haramidərə stansiyasında baş verən qəzada 22 nəfər xəsarət alıb. Onların bir qismi stansiyada dayanan insanlar olub.

 

Məlumata görə, qəza Bəylik düzü – Cevizlibağ xətti ilə hərəkət edən metrobusun Haramidərə stansiyasında dayanmış digər metrobusa çırpılması nəticəsində baş verib. Yaralılar xəstəxanalara çatdırılıb, onlardan dördünün vəziyyəti ağırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi