Modern.az

Vahid Ələkbərov ABŞ-ın yeni sanksiyalarından danışdı: "...Bizə mənfi təsir göstərəcək"

Vahid Ələkbərov ABŞ-ın yeni sanksiyalarından danışdı:

Aktual

9 Fevral 2018, 13:14

“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarından danışıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o bu sanksiyaların iqtisadiyyata mənfi təsir göstərəcəyini deyib.

“Təbii ki, sanksiyalar mənfi təsir göstərəcək. Çünki biz qlobal bazarda çalışırıq”-deyə Ələkbərov deyib.

 

O həmçinin bildirib ki, ABŞ Maliyyə Nazirliyinin “Kreml hesabatı”nın məqsədi tam aydın deyil.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir