“Türkiyədə Xocalı faciəsini unutmayıblar. Qardaş Azərbaycan xalqının dərdi Türkiyənin dərdidir”. Modern.az xəbər verir ki, bunu Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu bildirib.
Kamal Kılıçdaroğlu qeyd edib ki, Xocalıda yaşananlar həm də onların faciəsidir: “26 il əvvəl Xocalıda bir qətlimat törədilib. Allahdan Xocalıda şəhid olan insanlar üçün rəhm diləyirik. Onların ağrıları bizim ağrımızıdır. Biz o qətliamı unutmadıq. Bizim ürəklərimiz Azərbaycanla döyünür ”.
Siyasətçi qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: “26 il əvvəl Xocalıda qətliam baş verərkən də Azərbaycanın yanında olmağa çalışdıq. Türkiyənin keçmiş səhiyyə naziri Nami Çağanla birlikdə azərbaycanlı qardaşlarımıza o zaman avtomobil göndərmişdik”.