Modern.az

Toy hədiyyəsindən bomba çıxdı, partlayış oldu

Toy hədiyyəsindən bomba çıxdı, partlayış oldu

Aktual

25 Fevral 2018, 13:46

Hindistatnda yenicə toyu olmuş cütlüyə göndərilən hədiyyələrin birinə naməlum şəxsər tərəfindən bomba qoyulub.

 

Bu haqda Modern.az xarici KİV-lərə istinadla xəbər verir. 

 

Məlumata görə, yeni evlənənlər qutunu açarkən partlayış baş verib.

Hadisənin Odişa ştatında toy mərasimindən bir neçə gün sonra baş verdiyi bildirilir.

 

Partlayış nəticəsində bəyin nənəsi hadisə yerində həlak olub, o özü isə sonradan xəstəxanada dünyasını dəyişib. Qadının vəziyyəti ağır olaraq qalır.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir