Modern.az

Ləman Ələşrəfqızı da Mirşahinin telekanalına GEDİR: “Bəli, mənə də təklif gəlib”  

Ləman Ələşrəfqızı da Mirşahinin telekanalına GEDİR: “Bəli, mənə də təklif gəlib”   

Media

28 Fevral 2018, 11:22

Yaxın günlərdə tanınmış jurnalist Mirşahin Ağayevin rəhbərliyi ilə yeni internet televiziyası faəliyyətə başlayır. REAL TV adlandırılacaq kanalın yayımı üçün texniki işlər başa çatdığı qeyd olunur. Məlumatda o da bildirilir ki,  ANS-də çalışmış bir sıra tanınmış simaları  REAL TV-də görmək mümkün olacaq. Onların arasında uzun müddət ANS telekanalında çalışan, hazırda “Azərxalça”nın mətbuat xidmətinin rəhbəri olan Ləman Ələşrəfqızının da adı çəkilir.


L.Ələşrəfqızı Modern.az-a faktı təsdiqləyib:

“Mənə təklif gəlib və mən həmin televiziyaya gedirəm. Mən jurnalistikaya bağlıyam, jurnalistika üçün darıxıram. Mətbuat katibliyində özümü tapa bilmədim. Təki işlərimiz “REAL”laşsın. Hər şey qaydasında olacağı təqdirdə tamaşaçılarımız bizi yenidən görə biləcəklər”.

L.Ələşrəfqızı deyib ki, REAL TV-yə getdiyinə görə “Azərxalça”dakı işindən ayrılacaq.

Jurnalist yeni internet televiziyasının nə vaxt fəaliyyətə başlayacağı barədə məlumat verməyib. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok