Modern.az

Girov götürülmüş şəxslər və cinayətkar ölü tapıldı

Girov götürülmüş şəxslər və cinayətkar ölü tapıldı

Aktual

10 Mart 2018, 11:39

ABŞ-ın Kaliforniya ştatının Yontvil şəhərindəki girov götürmə hadisəsi qanla nəticələnib. Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Dünən axşam saatlarında şəhərin Veteranlar evində bir neçə şəxsi girov götürmüş naməlum şəxsin özü və həmin üç nəfər ölü tapılıb.

Caninin əvvəllər post-travmatik stresdən əziyyət çəkən veteranlar üçün nəzərdə tutulmuş proqramın iştirakçısı olduğu bildirilir.

Öldürülən girovlar həmin müəssisənin qadın əməkdalarıdır.

Yontvil şəhər şerifi Napa Con Robertsonun verdiyi məlumata görə, girov götürülənlərin sayı çox olub. Lakin, cinayətkar onların çoxunu azadlığa buraxıb.

Polis cinayətkarın kimliyini aydınlaşdırıb, lakin mətbuata bu barədə açıqlama verilməyib.

 
Əvəz Zeynalov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu