Rusiya, İran və Türkiyə yaxın vaxtlarda Suriyada Konstitusiya Komissiyasının öz işinə başlaması üçün BMT-yə yardım edəcək.
Modern.az xəbər verir ki, bu barədə Putin, Ərdoğan və Həsən Ruhaninin Ankarada üçtərəfli açıqlamasında deyilir.
“Tərəflər Cenevrədə işçi komissiyanın işinə başlaması üçün BMT-nin xüsusi nümayəndəsi ilə danışıqlara başlamaq barədə razılıq əldə ediblər”-deyə İran prezidentinin rəsmi saytında deyilir.
Həmçinin, İran, Rusiya və Türkiyə liderləri BMT-nin Təhlükəsizlik Şurasının Suriyada humanitar böhranın qarşısını almaq üçün 30 günlük atəşkəs planını da dəstəkləyib.
Liderlər bundan əvvəl 2017-ci ilin noybarında görüş keçirmişdilər. Növbəti görüşün gələn il İranda baş tutacağı gözlənilir.