Modern.az

“Skripal işi” ilə bağlı yeni AÇIQLAMA

“Skripal işi” ilə bağlı yeni AÇIQLAMA

Dünya

18 Aprel 2018, 17:34

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı “Skripal işi” ilə əlaqədar araşdırmanın nəticələrini açıqlayıb.

 

Modern.az təşkilatın rəsmi səhifəsinə istinadən xəbər verir ki, təşkilat Solsberidən götürdüyü nümunələrdə “BZ” maddəsinə rast gəlməyib.

Britaniyaya göndərilmiş təşkilatın qrup rəhbəri Mark Maykl Blum bundan öncə təşkilatın bu maddəni aşkarladığı iddialarını rədd edib.

 

“İctimai bəyanatlarda qeyd edilən “BZ” maddəsi əslində keyfiyyətin müqayisəsi proseduru əsasında nümunə üçün götürlmüş qablarda olub. Bunların KSQO təşkilatının ekspert qrupu tərəfindən Slosberidən götürülmüş nümunələrə aidiyyatı yoxdur”- deyə Blum bildirib.

 

Onun sözlərinə görə labaratoriya nəticələrinə uzun illərdir ciddi nəzarət edilir və buna görə də şübhə doğura bilməz.

Bununla belə, Blum təşkilatın bu mövzuda ictimai müzakirələrə qatılmayacağını da bildirib.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir