Modern.az

Gürcüstanda işıqlar söndü

Gürcüstanda işıqlar söndü

Dünya

25 May 2018, 10:25

İnquri hidroelektrik stansiyasındakı qəza baş verib.

 

Modern.az Gürcüstanın Dövlət Elektrik Sisteminə istinadən xəbər verir ki, hadisə nəticəsində Tiflis və Gürcüstanın bir neçə rayonunun sakinləri bir neçə saat elektrik enerjisiz qalıblar.

 

“Cümə axşamı, qəza səbəbi ilə İnquri hidroelektrik stansiyasının fəaliyyəti dayandırılıb. Nəticədə Tiflis və bir sıra bölgələrin elektrik sistemində elektrik çatışmazlığı yaşanıb. Hazırda Tiflisdə elektrik təchizatı tamamilə bərpa olunub”  bəyanatda bildirilib.

 

“Birinci Kanalın” məlumatına görə hadisəyə görə Gürcüstan üç qonşu dövlətdən elektrik enerjisi almağa məcbur qalıb.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir