Modern.az

Bir yaşlı uşağın üstünə qaynar su töküldü

Bir yaşlı uşağın üstünə qaynar su töküldü

14 İyun 2018, 23:54

Samux rayonunda 1 yaşlı uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb. Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun Əhmədbəyli kəndində 1 yaşlı Hüseyn Hüseynovun üzərinə yaşadığı evdə qaynar su tökülüb.

 

Müxtəlif yanıq xəsarətləri alan uşaq yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək