Modern.az

Ucar sakini bıçaqlanaraq öldürülüb

Ucar sakini bıçaqlanaraq öldürülüb

Aktual

17 İyun 2018, 20:03

Ucar sakini bıçaqlanaraq öldürülüb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Pirkənd kəndi ərazisində qeydə alınıb.

Ucar rayonunun Pirkənd kənd sakini, 1982-ci il təvəllüdlü Fariz İbrahimxəlil oğlu Qədirov aralarında yaranmış şəxsi münaqişə zəminində rayonun Ənvər Məmmədxanlı kənd sakini, 1961-ci il təvəllüdlü Rahil Ətraf oğlu Abdullayevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R. Abdullayev əməliyyat olunarkən xəstəxanada ölüb.

Hadisəni törədən F. Qədirov tutularaq istintaqa cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok