Modern.az

Elçibəylə bağlı TƏKLİF: “Mərkəzi prospektlərindən birinə Əbülfəz bəyin adı verilsin”

Elçibəylə bağlı TƏKLİF: “Mərkəzi prospektlərindən birinə Əbülfəz bəyin adı verilsin”

Aktual

20 İyun 2018, 11:12

Razi Nurullayevin rəhbərlik etdiyi cəbhəçilər mərhum eks-prezident Əbülfəz Elçibəylə bağlı təklif irəli sürüb.
Modern.az-ın məlumatına görə, media vasitəsilə hökumətə müraciət edən R.Nurullayev bildirib ki, Elçibəyin adının əbədiləşdirilməsi məqsədilə, şəhərin görkəmli, mərkəzi prospektlərindən birinə Əbülfəz Elçibəyin adı verilsin...

“Elçibəyin adının əbədiləşdirilməsi olduqca vacibdir. Çünki, Elçibəy məhəbbəti xalqın ürəyində silinməz yer tutub. Vətəndaşlar düşünür ki, Elçibəyə qarşı ayrı-seçkilik edilir. İndi hökumətə də bu məsələdə tərəf olmadığını sübut etmək üçün gözəl fürsət yaranıb. Bu il Əbülfəz Elçibəyin 80 illik yubileyidir. Onun adının əbədiləşdirilməsi xalq tərəfindən çox müsbət qarşılanacaq”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok