Modern.az

Balakəndə 18 yaşlı qadın 3 yaşlı oğlu ilə itkin düşüb

Balakəndə 18 yaşlı qadın 3 yaşlı oğlu ilə itkin düşüb

Aktual

20 İyun 2018, 20:36

Balakən rayonunda 18 yaşlı qadın üç yaşlı oğlu ilə birlikdə itkin düşüb.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Hənifə kənd sakini, 1999-cu il təvəllüdlü Sevinc Ocaqverdiyeva 2015-ci il təvəllüdlü oğlu Ruslanla birlikdə evdən çıxıb və geri qayıtmayıb.

 

Onların axtarışları Balakən rayon Polis şöbəsi tərəfindən davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok