Modern.az

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib

Aktual

24 İyun 2018, 16:56

Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə keçirilən prezident və parlament seçkilərindən sonra vəzifəsi ləğv olunacağından, zarafatca öz kreslosunu hərraca çıxardacağına vəd verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bunu o, İzmir şəhərində səs verərkən bildirib.

 

"Türkiyə yeni üfüqlərə doğru yolunu davam etdirəcək….Mənim kreslom isə məndə qalacaq. Mən onu hərraca çıxardacağam", — deyə NTV telekanalı hökumət başçısının sözlərini sitat gətirib.

 

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir. Prezident postuna 6 namizəd iddialıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu