Modern.az

Çexiyada yeni hökumət təyin edildi

Çexiyada yeni hökumət təyin edildi

Aktual

27 İyun 2018, 17:23

Çexiya Prezidenti Miloş Zeman ölkənin yeni hökumətini təsdiq edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Andrey Babişin rəhbərlik etdiyi hökumətdə 10 nazir yer alacaq.

Yan Qamaçek həm daxili işlər, həm də xarici işlər naziri təyin olunub.

 

Qeyd edək ki, milyarder Andrey Babişin rəhbərlik etdiyi ANO hərəkatı hələ ötən ilin oktyabrında seçkilərdə qalib gəlsə də, koalisiya hökumətinin qurulması ilə danışıqlar uzun müddət nəticə verməyib.

A.Babiş iyulun 11-də yeni hökumətlə bağlı parlamentdə etimad səsverməsinin keçiriləcəyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!