Modern.az

Ucarda azyaşlı bədbəxt hadisə nəticəsində öldü

Ucarda azyaşlı bədbəxt hadisə nəticəsində öldü

Aktual

12 İyul 2018, 20:50

Ucarda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nərimanov küçəsində baş verib. Şəhər sakini, 2017-ci il təvəllüdlü Sahib Əziz oğlu Abbasovu elektrik enerjisi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilsə də, onun keçindiyi məlum olub.

 

Məlumata görə, nəzarətsiz qalan uşağın üstünə sərinkeş aşıb və onu elektrik enerjisi vurub.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok