Modern.az

Yerevanın yeni meri seçilmədi

Yerevanın yeni meri seçilmədi

Dünya

16 İyul 2018, 15:56

Ermənistanın paytaxtı Yerevanda yeni merin seçilməsi baş tutmayıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, seçimlərin baş tutmasının səbəbi “Respublika” partiyası və “Çıxış” blokunun seçimlərə qatılmaması olub.

Əvvəlki mer Taron Markaryanın istefasından sonra şəhərin ağsaqqallar şurası yeni meri seçmək üçün toplanmalı idi.

 

Lakin kvorumun baş tutmaması səbəbi ilə, yəni şura üzvlərinin tam heyətdə toplanmaması səbəbi ilə seçimlər baş tutmayıb.

Belə ki, seçkilərdə yeganə namizəd “Ərik ölkəsi” partiyasından Zarui Potancyan olub.

 

Bundan əvvəl “Respublika” partiyası və “Çıxış” blokunun üzvləri ağsaqqallar şurasının iclasında çıxış etməmələri səbəbi ilə iclas baş tutmayıb.

Qeyd edək ki, bu hadisədən sonra Yerevan şəhər ağsaqqallar şurasına növbədənkənar seçkilər keçirilməlidir.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok