Modern.az

Dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB

Dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB

Aktual

17 İyul 2018, 18:32

Bakının Sabunçu rayonunda dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları başa çatıb.

 

Modern.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, 1996-cı il təvəllüdlü İbrahimov Nicat və 1995-ci il təvəllüdlü Ağamalıyev Səlimin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

 

***

Saat 17:25

 

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 2 nəfərin batması ilə bağlı məlumat daxil olub. Nazirlikdən Modern.az-a bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok