Modern.az

 “Şollerin arxivi” bədii filminin Yaponiyada qələbəsi

 “Şollerin arxivi” bədii filminin Yaponiyada qələbəsi

Aktual

16 Avqust 2018, 01:06

Azərbaycanda istehsal edilmiş “Şollerin arxivi” bədii filmi Yaponiyada keçirilən “Genre Celebration Festival”ında 3700 film arasından altı filmə verilən “Best Drama Feature” (“Ən Yaxşı Dram – Bədii”) nominasiyasına layiq görülüb.

Azərbaycan filmi 7 dekabr  tarixində Yaponiyada kinoteatrlarda nümayiş etdiriləcək..


Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. 

“Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azər­baycan-Alma­niya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala təqdim olunub. İlin sonuna qədər beynəlxalq festivallarda nümayiş olunacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək