Modern.az

Prezident sərxoşluq edən məmurları işdən qovdu

Prezident sərxoşluq edən məmurları işdən qovdu

31 Avqust 2018, 22:54

Belarus prezidenti Aleksandr Lukaşenko bir neçə şəxsi vəzifədən azad edib. Modern.az xəbər verir ki, A.Lukaşenko vəzifədən azad etdiyi məmurları sərxoşluq etməkdə ittiham edib.

Dövlət başçısının sözlərinə görə, vəzifələrindən kənarlaşdırılan məmurlar özlərini ədəbli, ləyaqətli aparmayıblar: “Mən hökumətdə kadr dəyişikliklərindən sonra monitorinqi və vəziyyəti nəzarətdə saxlayacağam. Qeyd edim ki, bu islahatlar hələ son deyil. Mənim müəyyən etdiyim iş prinsiplərinə cavab verməyən məmurlar vəzifədən kənarlaşdırılacaqlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok