Modern.az

“Azərişıq” ASC-nin işçisini cərəyan vurub öldürdü

“Azərişıq” ASC-nin işçisini cərəyan vurub öldürdü

Aktual

12 Sentyabr 2018, 20:01

Bakıda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb. Modern.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Belə ki, "Azərişıq" ASC-nin Nərimanov rayon Enerji Təchizatı və Satışı İdarəsində 4-cü dərəcəli usta işləyən, 1987-ci il təvəllüdlü Əliyev Ziyəddin Əhəd oğlu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 21 ünvanında yerləşən 220 saylı yarımstansiyanın qapalı paylayıcı bölməsinin elektrik yuvasında təmir və təmizlik işləri apararkən ehtiyatsızlıqdan açıq elektrik naqilinə toxunub.

 

Hadisə nəticəsində onu elektrik cərəyanı vurub öldürüb.

 

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir