Modern.az

Türkiyədə 110 hərbçi həbs edildi

Türkiyədə 110 hərbçi həbs edildi

Aktual

21 Sentyabr 2018, 11:34

Ankara Baş Prokurorluğu 110 şübhəli hərbçi həbs qərarı çıxarıb.

Modern.az xəbər verir ki, FETÖ-çü olduğu iddia edilən hərbçilər arasında  polkovnik və polkovnik-leytenantlar da var.

Ankara Baş Prokurorluğunun açıqlamasına görə, Türkiyə  Hərbi Hava Qüvvələri komandanlığında çalışan hərbçilərlə FETÖ və digər terror təşkilatlarına mənsub şəxslər arasında bağlantılar aşkarlanıb. Müxtəlif texniki vasitələrlə həmin təşkilatlara xəbərlər ötürdüyü deyilən 110 nəfər həbs olunub.

Qeyd edək ki, nəzarətə götürülən şəxslərin hamısı hazırda vəzifədədir və beş nəfəri pilotdur.

 

Aysel Aslan

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı