Modern.az

Azərbaycanlı deputatlar Gürcüstandakı prezident seçkilərini müşahidə edəcək

Azərbaycanlı deputatlar Gürcüstandakı prezident seçkilərini müşahidə edəcək

Aktual

18 Oktyabr 2018, 19:59

"Mili Məclisin üzvləri oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər".

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, azərbaycanlı deputatların Gürcüstana müşahidəçi kimi göndərilməsi məsələsi ilə bağlı hazırda məsləhətləşmələr aparılır.

Qeyd edək ki, qonşu ölkədəki prezident seçkilərini Azərbaycanın Mərkəzi Seçki Komissiyasının 4 nəfərdən ibarət nümayəndə heyəti də izləyəcək. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir