Modern.az

Badamdardakı sürüşmə zonasında yeni uçqunlar

Badamdardakı sürüşmə zonasında yeni uçqunlar

Aktual

19 Oktyabr 2018, 21:47

Badamdar sürüşmə zonasında sürüşmə kütləsi süxurlarının yola doğru hərəkəti yenə də müşahidə edilib. Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahın saat 21:00-a olan məlumatında bildirilir.

 

Aparılan monitorinqlərin nəticəsinə görə, ərazidə nisbi stabillik qalmaqdadır: "Sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsi süxurlarının yola doğru hərəkəti yenə də müşahidə edilib. Ərazidə nisbi stabillik  qalmaqdadır".

 

Bundan əvvəl verilən məlumata görə, sürüşmə sahəsi üzərində xırda uçqunlar qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu