Modern.az

Prezident Hikmət Hacıyevə yüksək vəzifə verdi - SƏRƏNCAM

Prezident Hikmət Hacıyevə yüksək vəzifə verdi - SƏRƏNCAM

Hadisə

26 Noyabr 2018, 17:26

Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Modern.az-ın məlumatına görə, Hikmət Hacıyev sentyabr 2014-sentyabr 2018-cil tarixlərində Xarici İşlər Nazirliyində mətbuat katibi postunda çalışıb. Son təyinatadək isə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsində müdir müavini vəzifəsini tuturdu. O, 2018-ci ilin sentyabrında həmin posta aparılmışdı. 

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əvvəlki müdiri Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra həmin vəzifə boş qalırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir