Modern.az

Daha bir vəzifəli şəxs vəfat etdi - Dövlət Tarix Arxivinin direktoru  

Daha bir vəzifəli şəxs vəfat etdi - Dövlət Tarix Arxivinin direktoru   

Allah rəhmət eləsi̇n

7 Yanvar 2019, 17:49

Daha bir vəzifəli şəxsin ölüm xəbəri yayılıb. Modern.az saytının məlumatına görə, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin direktoru Anar Məmmədov dünyasını dəyişib. Bu barədə mərhumun tanışları sosial şəbəkələrdə xəbər yayıblar.

Anar Məmmədovun 42 yaşında vəfat etdiyi bildirilir.

Anar Ədalət oğlu Məmmədov 04.04.1976-cı il tarixində doğulub.
1993-1997-ci illərdə Ali Diplomatiya Kollecinin Beynəlxalq hüquq fakültəsini bitirib. A.Məmmodov 1997-ci ildə Azərbaycan Respublikası Dövlət Tarix Arxivində aparıcı arxeoloq işi ilə əmək fəaliyyətinə başlayıb. 2007-ci ildə Dövlət Tarix Arxivində direktor muavini vəzifəsinə təyin edilib.
2012-ci ildə isə Azərbaycan Dövlət Tarix Arxivinin direktoru vəzifəsinə yüksəlib.

Allah rəhmət eləsin...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir