Modern.az

Bakıda sulu qar yağır - dənizdə dalğanın hündürlüyü 5.3 metrə çatdı

Bakıda sulu qar yağır - dənizdə dalğanın hündürlüyü 5.3 metrə çatdı

Aktual

17 Yanvar 2019, 12:43

“17 yanvar saat 12:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir”.

Bu barədə Modern.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərərgahdan   məlumat verilib.

Bildirilib ki, hazırda sulu qar və yağış müşahidə olunur.

“Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək